VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Formula 1 yarışması ilə əlaqədar şəhərimizə gələn məşhur Ferrari pilotu Sebastian Vettel gözlənilməz bir addım atıb.
 
Belə ki, redaksiyamıza gələn zənglərdən və sosial mediada dolaşan xəbərlərdən belə nəticəyə gəlmək olar ki, pilot şəhərimizdə Jeep markalı avtomobil sürərkən görünüb. Məsələnin ajiotaj yaradan tərəfi isə Vettelin şəhəri dolaşmaq üçün Ferrari-ni deyil, Jeep Grand Cherokee-ni seçməsidir. 
 
Həmçinin sosial mediada dolaşan informasiyaya görə, dünən Vettel Jeep Grand Cherokee markalı avtomobili ilə şəhərdə yüksək sürət ilə manevrlər edib və bu zaman Yasamal rayonu ərazisində DYP-ə məxsus bir neçə avtomobil onu izləyib.
 
Xəbər haqqında dəqiq məlumatı olan şəxsin redaksiyamıza müraciət etməsini rica edirik.
 
BAKU.WS