"Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasında "Mançester Yunayted"ə böyük hesabla uduzub
Yeniliklərdən dərhal xəbərdar olun
"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk matçını keçirib.
Adino Mustedanaqiçin baş məşqçi olduğu kollektiv səfərdə İngiltərənin "Mançester Yunayted" klubunun qonağı olub.
İngiltərənin Li şəhərindəki "Li Sports Villic" stadionunda baş tutan qarşılaşma ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, "Sabah"ın U-19 komandası tarixində ilk dəfə iştirak etdiyi UEFA Gənclər Liqasının əsas mərhələsində həmçinin "Barselona", Vilyarreal" (hər ikisi İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Slaviya" (Çexiya) və "Vikinq" (Norveç) komandaları ilə mübarizə aparacaq.
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...