Bakıdakı "Formula 1" yarışının təqvimi açıqlandı

29
yan
2021
14:30
2021-ci ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin təqvimi açıqlanıb.
"Formula 1"dən "Report"a verilən məlumata görə, Bakıdakı yarış iyunun 4-də yerli vaxtla saat 13:30-da start götürəcək.
Həmin gün saat 17:00-da ikinci test yürüşü başlayacaq. Növbəti - sonuncu sərbəst yürüş iyunun 5-də saat 14:00-da başlanacaq. Hər üç yürüş bir saat davam edəcək. Sıralama turu iyunun 5-də saat 17:00-da başlayacaq.
Azərbaycan Qran-prisinə isə iyunun 6-da yerli vaxtla saat 16:00-da start veriləcək.
Oxşar xəbərlər
Bu gün Bakıda “Formula-1” üzrə yarışlar başlayır
Bu gün Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-Prisinə start veriləcək.Yarışın ilkin mərhələsi “Formula-2” iştirakçılarının birinci sərbəst yürüşü ilə başlayaca...
