Türkiyə yığması səfərdə Gürcüstan millisini MƏĞLUB ETDİ
DÇ-2026-nın seçmə mərhələsinin E qrupunda keçirilən ilk tur matçında Türkiyə milli komandası səfərdə Gürcüstanı 3-2 hesabı ilə məğlub edib.
BAKU.WS xəbər verir ki, matç Tbilisi şəhərində baş tutub.
Matçın ilk qolunu 3-cü dəqiqədə Mert Müldür vurub, ona Arda Güler assistlik edib. 41-ci dəqiqədə Kerem Aktürkoğlu Türkiyənin ikinci qolunu vuraraq hesabı 2-0-a çatdırıb və ilk hissə bu hesabla başa çatıb.
İkinci hissədə Aktürkoğlu 52-ci dəqiqədə Yunus Akgünün ötürümündən sonra dubl edərək hesabı 3-0-a yüksəldib. Gürcüstan yığması 71-ci dəqiqədə Zuriko Davitaşvili və 98-ci dəqiqədə Kviça Kvaratsxelia ilə qollardan ikisinin əvəzini çıxıb.
Oxşar xəbərlər
Tofiq Musayev Belqradda oktaqona çıxacaq
Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev Serbiyanın paytaxtı Belqradda keçiriləcək "UFC Fight Night" turnirində qüvvəsini sınayacaq. BAKU.WS xəbər verir ki, qar...