Bakının mərkəzində heyvanlara zülm verilir - Bir-birinin üstündə saxlanılan Xəzər tısbağaları

Bakının "Tarqovı" adlanan küçəsində fəaliyyət göstərən "zoo mağaza"lardan birində heyvanların çox baxımsız şəraitdə saxlanılır.
Vətəndaş BAKU.WS-ə şikayətində bildirir ki, mağaza qeyri-rəsmi şəkildə heyvan alveri ilə məşğuldur.
Şikayətçi qeyd edir ki, videoda görünən heyvanların heç birinin yeməyi, suyu və ən təməl ehtiyacları normal şəkildə ödənilmir, onlar isə xüsusi şərait olmadan kiçik qəfəslərdə və akvariumlarda əziyyət çəkirlər. Vətəndaş həmçinin bildirir ki, artıq ikinci dəfə həmin ərazidən keçərkən heyvanların saxlanma şəraiti və oradakı xoşagəlməz qoxu diqqətini çəkib.
Ən narahatedici məqam isə odur ki, nadir hesab edilən Xəzər tısbağaları burada kiçik qablarda saxlanılır və satılır.
Məsələni diqqətdə saxlayacağıq.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Balıqdan ötrü ürəyi gedənlərin nəzərinə - Bazarda qiymətlər necədir?
Keşlə bazarında həm yerli, həm də xarici balıqlar satışa çıxarılıb. Qiymətlər balığın növünə görə dəyişir. Satıcıların sözlərinə görə, havaların isti keçməsinə...
