Azərbaycanda yenidən 40 dərəcəlik qızmar istilər olacaq?
Bakıda son günlər müşahidə olunan nisbətən mülayim hava şəraiti yaxın günlərdə də davam edəcək.
BAKU.WS bu barədə beynəlxalq hava proqnozu mərkəzlərinin məlumatına istinadən xəbər verir.
Belə ki, qarşıdakı 10 gün ərzində paytxat Bakıda havanın maksimal temperaturu əsasən 29–32°C arasında dəyişəcək.
Avqustun 19-da temperaturun 33°C-yə yüksələcəyi gözlənilir. Bu, avqustun əvvəllərindəki 40–41°C-lik rekord istilərlə müqayisədə xeyli aşağıdır.
Hazırkı proqnozlara əsasən, yaxın on gün ərzində Bakıda eləcə də Azərbaycanda yenidən 40 dərəcə və yuxarı istilərin olması ehtimalı çox zəifdir.
Oxşar xəbərlər
Bankdan pul götürmək istəyənlərin nəzərinə: 2026-cı ildə faizlər necə olacaq?
Bankların yeni cəlb etdikləri depozitlər üzrə faiz dərəcələri azalsa da, kredit faizləri nəinki aşağı düşməyib, əksinə artım nümayiş etdirib. Belə ki, Azərbayca...