Bakını qara tüstü bürüdü - Nə baş verir?
Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində məişət tullantıları yığılan sahədə başlayan yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) BAKU.WS-ə verilən məlumata görə, yanğınsöndürənlərin səyi nəticəsində alovun yayılmasının qarşısı alınıb və yanğın tam söndürülüb.
***21:17
Bakı axşam saatlarında başlayan güclü yanğın vətəndaşları qorxuya salıb.
Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.
Bildirilir ki, ətrafı bürüyən qara tüstü şəhərin bir çox istiqamətindən görünür.
Yanğının harada baş verdiyini öyrənmək üçün Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət etdik. Qurumdan BAKU.WS-ə bildirildi ki, yanğın Buzovnada qeydə alınıb.
Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində məişət tullantıları yığılan sahədə yanğın baş verib. Söndürülmə işləri görülür.
Oxşar xəbərlər
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
"Qarabağ" – "Neftçi" futbol oyunu ərəfəsində və oyundan sonra insident törətməyə cəhd göstərən 19 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb. DİN-in Mə...