Bakıxanovda qanunsuz küçə ticarəti YIĞIŞDIRILDI
Bakıxanovda küçə ticarəti ilə bağlı aşkarlanan neqativ hal polis əməkdaşları tərəfindən aradan qaldırılıb.
Bu barədə BAKU.WS-ə məluma daxil olub.
Şahanə Xankişiyeva
***14:13
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan sakinlər qanunsuz küçə ticarətindən narazılıqlarını bildiriblər.
BAKU.WS-ə şikayət edən vətəndaşların sözlərinə görə, Nazim İsmayılov prospektindən Bakıxanov stansiyasına doğru gedən yolda bazar kimi vəziyyət yaranıb və hərəkət demək olar ki, mümkünsüzdür.
Sakinlər qeyd ediblər ki, burada yaşlı insanlar, hamilə qadınlar, fiziki məhdudiyyətli şəxslər və azyaşlı uşaqları ilə valideynlər üçün yol açıq deyil və hər kəsin hərəkətinə ciddi maneə yaranıb. Onlar belə qanunsuzluğun şəhərin ortasında qəbuledilməz olduğunu vurğulayıblar.
Ərazidən görüntüləri təqdim edirik:
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Dünyada Yeni il adət və inancları: kukla yandırmaq, üzüm yemək…
Yeni il bayramı dünyanın müxtəlif ölkələrində fərqli adət və inanclarla qeyd olunur. Rəsmi mənbələrin araşdırmasına görə, bu bayram həm keçmiş ili yekunlaşdırma...