Sabah bu ərazilərdə QAZ KƏSİLƏCƏK

Aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması, yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi, həmçinin qaz kəməri üzərində şamın və siyirtmənin quraşdırılması işləri ilə əlaqədar 05.09.2025-ci il tarixdə saat 10:00-dan etibarən bəzi ərazilərin qaz təchizatı dayandırılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərqaz" məlumat yayıb.
"Təmir-bərpa işləri aparılan müddətdə Qaradağ rayonu üzrə Səngəçal qəsəbəsi, Yol evləri və Bağ evləri yaşayış massivlərinin, Sabunçu rayonu üzrə Bakıxanov qəsəbəsi Y.Əliyev, B.Bünyatov, İ.Anaşkin, Əməkçi küçələrinin və N.İsmayılov prospektinin bir hissəsinin, Maştağa qəsəbəsinin isə X.Səfərəliyev, M.Hüseynzadə, M.Şəfai, G.Əsgərova, H.Zərdabi küçələrinin, Yasamal rayonu üzrə M.Seyidov və H.Zərdabi küçələrinin, Suraxanı rayonu üzrə isə Hövsan, Bahar, Dədə Qorqud qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda deyilir.
Oxşar xəbərlər
Bakıda toyda rəqs edən kişi QƏFİL ÖLDÜ
Bakıda toyda ölüm hadisəsi baş verib. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən şadlıq evlərindən birində qeydə alı...
