Azərbaycan Ordusunun Qarabağdakı antiterror əməliyyatı - Meşələrdə neçə terrorçu olub?

Azərbaycan Ordusunun Qarabağdakı antiterror əməliyyatı - Meşələrdə neçə terrorçu olub?
Siyasət 587

Azərbaycan Ordusu erməni terrorçularına, silahlılarına qarşı Dağlıq Qarabağda antiterror əməliyyatları həyata keçirir. Belə əməliyyatlardan biri Köhnə Tağlar kəndi ətrafında həyata keçirilib. Hadrut ətrafındakı meşələrdə, Ermənistanla sərhəd kəndlərində tör-töküntü şəklində mövcud olan erməni silahlılarını bölgədən təmizləmək üçün başladılan proses uğurla davam edir.

BAKU.WS xəbər verir ki, bu əməliyyatın detalları haqda "Sputnik Armenia" agentliyi də məlumat yayıb.

Ermənistanın Şirak bölgəsinin sakini Ruzanna Tamasyan agentliyə bildirib ki, 1992-ci il təvəllüdlü kürəkəni 3 gün idi ki, mühasirədə olub. Dünən yayılan görüntülərdən məlum olub ki, erməni əsgər Azərbaycan ordusu tərəfindən əsir götürülüb.

Onun sözlərinə görə, mühasirəyə alınan və əsir götürülənlərin əksəriyyəti Şirak bölgəsinin sakinləridir. Azərbaycan ərazisində təxribat törətməyə çalışanların sayı 150 nəfərdir.

Qeyd edək ki, Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyi baş verən xain hücumdan sonra Dağlıq Qarabağ ərazisində əməliyyat keçirib.

Buna qədər Azərbaycan tərəfi haqqında bəhs olunan erməni silahlı dəstələrinin ərazidən çıxarılması ilə bütün şəraiti təmin edib. Rusiya sülhməramlı qüvvələrinin hərbi qulluqçuları ağır hava şəraitində həmin əraziyə gələrək səs gücləndirici vasitələrlə meşəlik ərazidə olan erməni silahlı dəstələrinə müraciət etmiş və onların ərazidən təxliyəsi üçün zəruri tədbirlərin görüldüyünü bildirib.

Həmin erməni silahlı dəstələri ərazini tərk etməmiş, əksinə döyüş mövqeləri yaratmış və son günlər qeyd olunan ərazidə Azərbaycan tərəfdən mülki xidmətləri həyata keçirən şəxslərə və hərbi qulluqçulara qarşı terror-təxribat və diversiya əməllərini törədiblər.

Belə ki, 2020-ci il noyabr ayının 26-da işğaldan azad olunmuş Xocavənd rayonunun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülmüş, 2 nəfər yaralanmış, dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu həlak olmuş və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanmışdır.

Son xəbərlər