Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi Suriyanın şimalında keçirilən “Barış Pınarı” adlı antiterror əməliyyatı ilə bağlı son məlumatı açıqlayıb.

Dünən keçirilən əməliyyatlarda daha 36 terrorçu zərərsizləşdirilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/dunya/72058


"Biz gələn il də ciddi sosial proqramlar icra edəcəyik, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacaq, infrastruktur layihələrinin icrası ilə əlaqədar kifayət qədər vəsaitimiz olmalıdır".

BAKU.WS xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında iqtisadi müşavirədə dilə gətirib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/hot_news/72068


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də ATƏT-in Minsk qrupunun həmsdərlərini qəbul edib.

BAKU.WS Azərtac-a istinadən xəbər verir ki, görüşdə Fransadan olan həmsədr Stefan Viskontin, Rusiyadan olan həmsədr İqor Popov, ABŞ-dan olan həmsədr Endrü Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iştirak ediblər.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/72080


Ötən gün Tərtər rayonunda minlərlə azərbaycanlı dinc sakin “Qarabağ Azərbaycandır” şüarı ilə təmas xəttinə doğru yürüş edib.

BAKU.WS “virtualaz.org”a istinadən xəbər verir ki, yürüş barədə video sosial şəbəkələrdə yayılıb. Oradan isə kadrlara erməni KİV-ləri yer veriblər. Dağlıq Qarabağdakı separatçı rejimi “kadrların köhnə ola biləcəyini” bildirib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/72081


“Son bir ildə 300-ə yaxın yeni məktəb direktoru təyin edilib. Bu, təbii bir prosesdir. Ölkədə 4500 məktəb var, vakansiyalar yaranır”.

BAKU.WS xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasında bu gün keçirilən mətbuat konfransında bildirib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/72087


“Azərbaycanın dövlət müstəqilliyinin bərpa etməsinin 28-ci ildönümü tamam olur. SSRİ-nin süqutu nəticəsində baş tutan dövlət müstəqilliyi xalqın qəlbində bəslədiyi istək və arzuların təntənəsi olmaqla yanaşı eyni zamanda ölkəmizin gələcək inkişafı baxımından möhtəşəm şans və başlanğıc idi”.

BAKU.WS xəbər verir ki, bunu Baş Nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov özünün “Facebook” səhifəsində yazıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/72101


“Dövlət Nəzarət Təhlükəsizlik Departamenti” MMC-nin, habelə həmin Cəmiyyətin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin əməkdaşlarının qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş vətəndaşların müraciətləri əsasında araşdırmalar aparılıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/kriminal/72111


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovu qəbul edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/72102


BAKU.WS