VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Son bir ildə 300-ə yaxın yeni məktəb direktoru təyin edilib. Bu, təbii bir prosesdir. Ölkədə 4500 məktəb var, vakansiyalar yaranır”.

BAKU.WS xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasında bu gün keçirilən mətbuat konfransında bildirib.

Nazir bildirib ki, aparılan nəzarət tədbirləri nəticəsində 6 nəfər Rayon Təhsil Şöbəsinin müdirinin, 8 məktəb direktoru və 6 nəfər direktor müavininin səlahiyyətlərinə xitam verilib.

Bundan başqa, 7 halla bağlı materiallar hüquq-mühafizə orqanlarına göndərilib. 80 nəfər məktəb direktorunun müqaviləsinin uzadılmaması haqqında qərar qəbul edilib.

C.Bayramov qeyd edib ki, paytaxtdakı 192 nömrəli tam orta məktəbdə şagird idarəetmə sistemi yaradılıb:

“Şagird idarəetmə sisteminin yaradılmasının əsas məqsədi məktəblilərə özünüidarəetmə, işgüzarlıq, özünəinam kimi xüsusiyyətləri aşılamaqdır. Şagirdlər xüsusi günlərdə məktəb direktoru, direktor müavinləri, uşaq birliyi rəhbəri kimi vəzifələrdə fəaliyyət göstərərək, məktəbi idarə edirlər. Tədris ocağında mövcud iş rejimi gözlənilir və rəhbər vəzifələri icra edən şagirdlər vəzifələrini uğurla yerinə yetirirlər”.

Nazir sözlərinə əlavə edib ki, ötən il Azərbaycanda 4000 şagirdin sinifdə qalması bizim üçün narahatedici məqamdır:

“Sinifdə saxlanılan şagirdlərin sayı 4000-dən çoxdursa, deməli, onlar bir çox fəndən proqramı mənimsəyə bilməyiblər. Yaxud da üzrsüz səbəbdən uzun müddət dərslərdə iştirak edə bilməyiblər. Bu da tədris proqramının mənimsənilməməsi üçün səbəbdir”.
BAKU.WS