SİZİN REKLAM BURADA!
055 213 76 73


"Biz gələn il də ciddi sosial proqramlar icra edəcəyik, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacaq, infrastruktur layihələrinin icrası ilə əlaqədar kifayət qədər vəsaitimiz olmalıdır". 

BAKU.WS xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında iqtisadi müşavirədə dilə gətirib.

Dövlət başçısı qeyd edib ki, gələn ilin xərclərinə biz çox böyük diqqətlə baxmalıyıq və burada şəffaflığı tam təmin etmək üçün hökumət gərək təkliflər versin: 

"Tezliklə, ilin sonuna qədər bu təkliflərə baxılacaq. Beləliklə, əminəm ki, biz eyni həcmdə olan işi az vəsaitlə icra edə bilərik. Buna nail olmaq üçün, ilk növbədə, şəffaflıq, dövlət nəzarəti və ictimai nəzarət olmalıdır".
BAKU.WS
VİDEO