Yeni ildə "yolka" quraşdıranlara XƏBƏRDARLIQ (VİDEO)

Yeni ildə yolka quraşdıranlara XƏBƏRDARLIQ (VİDEO)
Video
Video 1113
Yeni il bayramında yolkaların quraşdırılması zamanı adi təhlükəsizlik qaydalarına əməl edilməməsi sonradan problemlərin yaranmasına gətirib çıxarır.Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev deyir ki, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Buna görə də vətəndaşlar bəzi qaydalara əməl etməlidir.Bununla yanaşı, yolkanı işıq­landırarkən yalnız elektrik cərəyanından və zavodda hazırlanmış standarta uyğun elektrik qurğu və cihazlarından istifadə olunması tövsiyə olunur. Yeni il şənliklərinin keçirildiyi məknaların pəncərələrində dəmir barmaqlılar olmamalıdır ki, hər hansı hadisə baş verdikdə təxliyə mümkün olsun. Şənliklərin keçirildiyi məkanın mərtəbəsindən və sahəsindən asılı olaraq ən azı iki çıxışı olmalıdır.Bayramda həm yaşayış evlərində, həm də şənliklərin keçirildiyi məknalarda hər hansısa fövqəladə hal baş verərsə vətəndaşlar qurumun 112 nömrəsi ilə əlaqə saxlamalıdır.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS

Son xəbərlər