Vüsal Kərimlinin prezidentdən Bakı yollarındakı problemlərə son qoyacaq xahişi (VİDEO)
10
okt
2017
14:42
Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxış edib. BAKU.WS-in məlumatına görə, BNA baş direktoru Bakı yollarındakı mövcud problemlərin həlli üçün prezidentdən dəstək istəyib: "Cənab Prezident, qarşımızda qoyduğunuz tələbləri icra etmək üçün Agentliyin publik hüquqi şəxs statusunda Nizamnaməsinin təsdiq edilməsi, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Agentliyin balansına verilməsinin sürətləndirilməsi, Bakı şəhərinin nəqliyyat sisteminə və sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinə bilavasitə təsir göstərən yol-təmir işlərinin Agentliklə razılaşdırılması, yol nişanlarının, işıqforların, avtobus və taksi dayanacaqlarının dislokasiyası və quraşdırılması, habelə mövcud işıqforların vahid mərkəzdə birləşdirilməsi və ya əlaqəli şəkildə idarə olunması müstəsna əhəmiyyət kəsb etdiyindən Sizin dəstəyinizə ehtiyac duyuruq". BAKU.WS
Oxşar xəbərlər
Bakının tıxac probleminin həlli üçün təkliflər hazırlanıb
“Birinci Avropa Oyunları zamanı avtobusların xüsusi zolaqla hərəkət etməsi müsbət nəticə vermiş və bunun davamı olaraq əhalinin ictimai nəqliyyatdan istifadəsin...