Vergi 2 faizə endirilir – VİDEO
Vergi məcəlləsinə edilmiş dəyişiklər bir çox yeniliklərin tətbiqinə gətirib çıxaracaq. Bu yeniliklərdən sonra nə baş verəcək?
BAKU.WS xəbər verir ki, Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktor müavini Nicat İmanov və iqtisadçı-ekspert Rəşad Həsənov Xəzər TV-nin "Xəzər Aktual" proqramında Vergi Məcəlləsinə edilən dəyişiklikləri və vergi sistemində həyata keçirilən islahatları şərh ediblər.
Verilişdə çıxış edən Nicat İmanov bildirib ki, bütövlükdə dəyişikliyin məqsədi sahibkarlığın inkişafını dəstəkləməkdən ibarətdir:
“Biznesdə əlverişli vergi mühitini yaratmaq üçün inzibatçılığın təkmilləşdirilməsi və qanunvericilikdə əlavə vergi yükünün azaldılması həyata keçirildi.
Nəzərə alsaq ki, ölkədə əsas biznes dairəsi mikro və kiçik sahibkarlıqdır, bu həssas təbəqənin dəstəklənməsi dövlətin qarşısında duran əsas məqsəddir.
Onlar sadələşdirilmiş qaydada vergi ödəyirdilər. Bunun dərəcəsi Bakı şəhərində 4, regionlarda isə 2 faiz dərəcə ilə müəyyənləşdirilib. Yeni dəyişikliklə, ölkə ərazisində vahid vergi dərəcəsi nəzərdə tutulub. Bundan sonra bütün sahibkarlar 2 faiz dərəcə ilə vergi verəcəklər. Bunun üçün heç bir şərt tələb olunmayacaq.
Bundan başqa, mikro sahibkarlıq subyektlərinə əlavə güzəştlər tətbiq ediləcək. Onların 75 faiz mənfəət-gəlir vergisi üzrə güzəştlər təsdiq edildi.
Mikrosahibkarlar dedikdə, illik dövriyyəsi 200 min manata qədər olan şəxslər nəzərdə tutulur.
Əvvəllər onlar gəlirdən, xərcdən asılı olmadan sabit vergi ödəyirdilər. Yeni qanuna görə, sahibkara 75 faiz güzəşt verilir. Nəticə olaraq, mənfəət vergisi 5 faiz dərəcəyə bərabər olur”, - deyə Nicat İmanov qeyd edib.
Rəşad Həsənov da çıxışında verilərə edilən dəyişikliyə aydınlıq gətirib. Daha ətraflı videoda tanış ola bilərsiz.
BAKU.WSOxşar xəbərlər
Nazir Vergi Məcəlləsinə dəyişikliklərdən DANIŞDI - Beş vacib istiqaməti əhatə edəcək
2019-cu il büdcə paketinə daxil edilmiş Vergi Məcəlləsinə dəyişikliklər beş vacib istiqaməti əhatə edəcək.BAKU.WS Trend-ə istinadən bildirir ki, bunu Milli Məcl...