Azərbaycanda kriptovalyutadan gəlir əldə edənlər vergi verməlidir

Azərbaycanda kriptovalyutadan gəlir əldə edənlər vergi verməlidir
İqtisadiyyat 1712
“Azərbaycan vergi qanunvericiliyində gəlir vergisində kriptovalyuta istisna deyil”.APA-Economics”in məlumatına görə, bunu bu gün Bakı şəhəri “Pullman” otelində ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə ) “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF2018) Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov deyib.Onun sözlərinə görə, fiziki şəxsin kriptovalyuta aktivlərinin qiymətinin artdığı təqdirdə mütləq vergi ödənilməlidir.“Mən hər hansı kriptovalyutanı 1000 dollara əldə etmişəmsə, bu gün onun qiyməti 9000 dollar olubsa, arada olan fərqə görə gəlir vergisi ödənilməlidir. Əgər mən onu Bitcoinə satdımsa, mən buna görə gəlir vergisi bəyannaməsi təqdim etməliyəm, vergi orqanında uçota durmalıyam və əldə etdiyim gəlirə görə də 101,2 maddəyə görə də gəlir vergisi ödəməliyəm. Yəni, 14% + 25% dərəcə ilə vergi verməliyəm. Mənfəət vergisi baxımından isə bu gəlir hesab edilir. Mənfəət birbaşa cəlb edilən əməliyyatdır", - deyə N.İmanov vurğulayıb.BAKU.WS

Son xəbərlər