Nazirdən əmək haqqı ilə bağlı VACİB AÇIQLAMA
05
iyn
2018
17:59
Biznes strukturlarının vergi islahatlarından məmnunluğu onların şəffaf fəaliyyəti ilə birbaşa bağlı olacaq.Vergilər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, bunu nazir Mikayıl Cabbarov bu gün keçirilən Avropa İttifaqı - Azərbaycan biznes forumunda deyib.M.Cabbarov vergi sistemində aparılan islahatlar və dəyişikliklərlə bağlı bir sıra açıqlamalar verib. Qeyd edilib ki, vergi sistemində islahatları həyata keçirərkən vergi ödəyicilərinin, iş adamlarının, investorların bu və ya digər məsələlərlə bağlı düşüncələri və ictimai müzakirələrin əhəmiyyəti nəzərə alınır. Vergilər Nazirliyi bununla bağlı keçirilən müxtəlif araşdırmaları diqqətlə izləyir və biznes mühitinin öyrənilməsinə yönəlmiş tədqiqatları yüksək dəyərləndirir.Vergilər naziri qeyd edib ki, vergi qanunvericiliyində və inzibatçılığında islahatlar həyata keçiriləcək, lakin biznes strukturlarının bu islahatlardan məmnunluğu onların öz bizneslərini hansı dərəcədə şəffaf həyata keçirməsi ilə birbaşa bağlı olacaq. Forumda iştirak edən biznes nümayəndələrinn 60-70%-nin ƏDV ödəyicisi olduğunu bildirən nazir ölkədəki fəal vergi ödəyicilərinin cəmi 3%-nin ƏDV ödəyicisi olduğunu qeyd edib.Vergilər Nazirliyinin islahatlara yeni baxış bucağı barədə danışan M.Cabbarov biznes sferasında müşahidə olunan 3 böyük problemi vurğulayıb: “Bunlar dövriyyə, hesabatlılıq və əmək haqqlarının qeydiyyatında ciddi azaldılmalarla bağlıdır. Bu bizim kontekstimizdir və vergi islahatları paketinin əsas istiqamətləri bu kontekstdən çıxış edərək təklif olunacaqdır”.Vergilər naziri bildirib ki, kiçik və orta sahibkarlıq üçün əhəmiyyətli vergi güzəştləri veriləcək. Burada həm vergi inzibatçılığının sadələşdirilməsi, həm də vergi yükünün azaldılması nəzərdə tutulur. Digər tərəfdən vergi orqanları hesabatlılığa dair ümumi tələblərin artırılması istiqamətində addımlayacaq. Lakin, bu da öz növbəsində, özəl sektorda, xüsusilə qeyri-neft sektorunda fəaliyyət gösətərən müəssisələr üçün ümumi vergi yükünün azaldılması istiqamətində addımlarla müşayiət olunacaq. Vergilər naziri “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılmasına yönəlmiş bu və ya digər tədbirlərin müsbət rol oynayacağını da qeyd edib.M.Cabbarovun sözlərinə görə, vergi yoxlamalarının sayı ilə keyfiyyəti arasında əlaqə fərqli şəkildə qurulmalıdır. Bu ilin ilk 4 ayında Vergilər Nazirtliyi tərəfindən keçirilən səyyar vergi yoxlamalarının dinamikasına əsasən, onların sayı ötən ilin müvafiq dövrünə nisbətən 40% azalıb və bu siyasət davam etdiriləcəkdir.Vergilər naziri biznes nümayəndələrinə və onların ictimai təşkilatlarına müraciət edərək vergi sahəsi ilə bağlı bütün təkliflərini Vergilər Nazirliyinə ünvanlamağa çağırıb.BAKU.WS
Oxşar xəbərlər
Nazirdən əhaliyə ŞAD XƏBƏR - Əmək haqqı artacaq
"Vergilər Nazirliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə işçilərin əmək haqqındna ödənilən vergilərin azaldılması ilə bağlı müzakirələr aparır"....