Yeni vergilər naziri Mikayıl Cabbarovdan əhaliyə ŞAD XƏBƏR
13
fev
2018
12:20
“Vergidənyayınmanın qarşısını almaq üçün yalnız inzibati yollardan istifadə edilməməlidir”.BAKU.WS-in məlumatına görə, bu barədə vergilər naziri Mikayıl Cabbarov açıqlama verib.O bildirib ki, vergi yoxlamalarının kəmiyyəti deyil, keyfiyyəti artırmalıdır."Vergi yoxlamalarının sayını azaltmalıyıq və azaldacağıq, biznes yoxlamaları azaldılacaq. Yoxlamalar və sanksiyaların tətbiqi məqsəd deyil. Lakin qanunu pozana qarşı sanksiyaların tətbiq olunması birmənalıdır. Qanun hamı üçün birdir. Kiçik və böyük şirkət olmasından asılı olmayaraq hər kəs vergi qanunlarına əməl etməlidir", - deyə M.Cabbarov bildirib.Onun sözlərinə görə, dövlət yaratdığı imkanlar qarşısında vergi ödəyicilərindən şəffaflıq tələb edir: "İkili mühasibatlığın aparılması, kölgə iqtisadiyyatı, vergidən yayınma yolverilməzdir. Biz bilirik ki, bunu bir günə, bir həftəyə, bir aya etmək mümkünsüzdür. Həmin prosesdə Vergilər Nazirliyi sizə dəstək verə bilər".BAKU.WS
Oxşar xəbərlər
Sahibkarlara şad xəbər: Nazirlik vergi yoxlamalarını tamamilə dayandırdı
Azərbaycan Vergilər Nazirliyi biznes sektorunda yoxlamaları tamamilə dayandırıb.BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə hökumətdəki mənbədən məlumat daxil olu...