Azərbaycan vergi yükünü azaldacaq
Azərbaycanda həyata keçirilməsi planlaşdırılan vergi islahatlar üç istiqamətdə aparılacaq.
"Report” xəbər xəbər verir ki, bu barədə Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini İlkin Vəliyev məlumat verib.
Onun sözlərinə görə, istiqamətlərdən biri vergi yükünün optimallaşdırılması ilə bağlıdır: "Hazırda bizdə vergi yükü 39,8%-dir. Bu, əksər ölkələrdən aşağı olsa da, region ölkələrindən bir qədər yüksəkdir. Odur ki, bu yükün azaldılması nəzərdə tutulub”.
İ.Vəliyev digər istiqamətərin isə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və vergi potensialının artırılması ilə bağlı olduğunu deyib: "Burada söhbət rəqəmsal ticarətin vergiyə cəlb edilməsindən, transfer qiymətlərinin tətbiqindən gedir”.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda nağdsız ödənişlərə vergi güzəştləri tətbiq olunacaq
Azərbaycanda nağdsız ödənişlərin stimullaşdırılması üçün bir neçə yeni təklif hazırlanıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə vergilər nazirinin müavi...