Azərbaycanda hədiyyələrdən vergi tutulacaq
Azərbaycan Respublikasının Vergilər Məcəlləsində fiziki şəxslərə verilən hədiyyə və mirasların vergiyə cəlb olunması Beynəlxalq qanunvericilikdə xüsusi normalarla müəyyənləşdirilib.
BAKU.WS-in məlumatına görə, bu barədə Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin şöbə rəisi Şükür Əhmədov bildirib. Onun sözlərinə görə, fiziki şəxslərə hədiyyənin kim tərəfindən verilməsindən, qohumluq əlaqələrinin olub-olmamasından asılı olaraq, Vergi Məcəlləsində hədiyyə və mirasların vergiyə cəlb olunması məsələsinə xüsusi yanaşma var.
Qanuna görə, işəgötürənin öz işçisinə malı, işi, yaxud xidməti hədiyyə etdiyi halda, bunlar bazar qiymətilə dəyəri fiziki şəxsin gəliri hesab olunur. Bu zaman hədiyyələrin dəyəri 1000 manatdan çox, mirasların dəyəri isə 20 min manatdan çox olarsa, o zaman ondan vergi tutulur. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Vergilər Nazirliyinin baş idarə rəisi işdən çıxarıldı
Azərbaycan Vergilər Nazirliyinin baş idarə rəisi işdən çıxarılıb. BAKU.WS APA-ya istinadən məlumat verir ki, Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüq...