Nazir Vergi Məcəlləsinə dəyişikliklərdən DANIŞDI - Beş vacib istiqaməti əhatə edəcək
20
noy
2018
19:14
2019-cu il büdcə paketinə daxil edilmiş Vergi Məcəlləsinə dəyişikliklər beş vacib istiqaməti əhatə edəcək.BAKU.WS Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergilər naziri Mikayıl Cabbarov deyib.M.Cabbarovun sözlərinə görə, birinci istiqamət sahibkarlığın dəstəklənməsi olacaq ki, bu da həm iqtisadi inkişaf, həm də vergi ödəyicilərinin hüquqlarının artırılması baxımından vacibdir:"İkinci istiqamət "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması və iqtisadiyyatda şəffaflığın təmin olunmasıdır".M.Cabbarov bildirib ki, üçüncü istiqamət vergitutma bazasının genişləndirilməsi, dördüncü istiqamət iqtisadi səmərəliliyin artırılması üçün vergi güzəştlərinin tətbiq edilməsi olacaq.Nazir əlavə edib ki, dəyişikliklərin əhatə etdiyi beşinci istiqamət vergi idarəetməsinin müasirləşdirilməsi olacaq.BAKU.WS
Oxşar xəbərlər
Mikayıl Cabbarov: "Nağdsız ödəniş edənlərə vergi güzəştləri nəzərdə tutulur"
“Pos-terminallar vasitəsilə nağdsız şəkildə ödənişlərin həyata keçiriləcəyi təqdirdə Vergi Məcəlləsinə təklif edilmiş dəyişikliklər paketində tədbirlər sırasınd...