Uşaq oğurluğunda ittiham olunan qadın haqqında çoxlarının bilmədiyi FAKTLAR (VİDEO)

Uşaq oğurluğunda ittiham olunan qadın haqqında çoxlarının bilmədiyi FAKTLAR (VİDEO)
Video
Video 6139
Adı uşaq oğurluğunda hallanan qadının yeni görüntüləri yayılıb. BAKU.WS-in məlumatına görə, sosial şəbəkədə yayılan videoda bir müddət öncə uşaq oğurluğu məsələsində ittiham olunan qadın danışıb. O bildirib ki, Astarada çadırda yaşayır və çox kasıb biridir. Evsiz olduğu üçün rayon bələdiyyəsi ona çadırda sığınacaq verib. Oğlunu əsgərliyə yola salan ana Bakıya gəlib ki, ev üçün müraciət etsin. Məktubu poçta atıb, geri qayıtmaq istəyərkən, iki qadın onun fotosunu çəkib. Hazırda Bakıda olan qadın övladının andiçmə mərasiminə getmək üçün iş axtarır. Amma ağlına gəlmədiyi başına gəlib. Bir günün içində bütün Azərbaycan onu uşaq oğrusu ittihamı ilə tanıyıb. O, fotosunu çəkib, onu ittiham edənləri artıq məhkəməyə verib. BAKU.WS

Son xəbərlər