Tarixi görüşün detalları: Ərdoğan və Putindən mühüm qərarlar (VİDEO)
Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putinin Sankt-Peterburqdakı görüşündə mühüm qərarlar verilib.
BAKU.WS-in məlumatına görə, danışıqlar masasında hər iki ölkə prezidenti təyyarə böhranından əvvəlki vəziyyətə dönmək istədiklərini açıq şəkildə bəyan ediblər. Enerji, investisiya və müdafiə sahəsindəki əməkdaşlıq və layihələrə istiqamətli verilən qərarlarla yanaşı, Suriya və Türkiyə-Rusiya-Azərbaycan üçlü zirvə mexanizmi qurulması mövzusu da müzakirə edilib.
1 Sanksiyalar ləğv olunur
Türkiyəyə və şirkətlərə istiqamətli sanksiyalar addım addım qaldırılacaq. Kənd təsərrüfatı məhsulları daxil, ikitərəfli ticarəti məhdudlaşdıran tədbirlər ləğv olunacaq. Əməkdaşlıq mexanizmləri tətbiq olunacaq. Yaradılacaq komissiyalarla Türkiyə və Rusiya bu mövzuları görüşəcək, strateji əməkdaşlıq toplantısı keçirəcək. Türk inşaat firmalarının layihələri yenidən başlayacaq və türk vətəndaşları yenidən Rusiyada işləyə biləcək. Eyni zamanda, Türk-Rus Ortaq İnvestisiya Fondunun qurulması mövzusunda razılığa gəlinib.
2 TÜRK AXINI
İki ölkənin əlaqələrində kilid nöqtə enerji layihələridir. Türk axını layihəsi sürətli şəkildə həyata keçiriləcək.
3 Akkuyu
Nüvə stansiyasına strateji investisiya statusu veriləcək. Layihə sürətləndiriləcək.
4 Turizm və viza
Turistlərin Türkiyəyə gəlməsi ilə bağlı qadağa aradan qaldırılacaq, ancaq bu məsələ bir az zaman alacaq. Səbəbi isə, rus turistlərin Türkiyədəki təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır. Viza rejimi də təkrar qüvvəyə girəcək. Bu müddətdə uçuşların da yenidən başlaması üçün lazımi qərarlar alınacaq.
5 MÜDAFİƏ SƏNAYESİ
Müdafiə sənayesində iki ölkə arasındakı əməkdaşlıq artacaq.
6 AZƏRBAYCAN - ERMƏNİSTAN ÜÇÜN üçlü mexanizm
Bölgədəki vəziyyətin ələ alınması ilə bağlı Türkiyə-Rusiya-Azərbaycan üçlü zirvəsinin təşkil olunmasına müsbət baxılır.
7 Suriyaya ortaq həll axtarışı
Putin və Ərdoğan, xarici işlər nazirləri Suriya mövzusunu xüsusi bir toplantı ilə müzakirə edəcək. Ancaq iki ölkənin Suriya böhranının həllinə istiqamətli fikir ayrılıqları davam edir. İki ölkə Suriya böhranının həlli mövzusunda ortaq bir həll yolu axtaracaq.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Türkiyə və Rusiyanın hədəfləri bəlli oldu - SİYAHI (VIDEO)
Rusiyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə birgə mətbuat konfransı keçirib. Publika.az xəbər verir ki, prezidentlər mətbu...