Türkiyə və Rusiyanın hədəfləri bəlli oldu - SİYAHI (VIDEO)

Türkiyə və Rusiyanın hədəfləri bəlli oldu - SİYAHI (VIDEO)
Siyasət 2427

Rusiyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə birgə mətbuat konfransı keçirib. 

Publika.az xəbər verir ki, prezidentlər mətbuat konfransında  iki ölkənin həyata keçirəcəyi layihələrdən bəhs ediblər. 

Dövlət başçılarının üzərində dayandıqları əsas hədəflər isə bunlardır:

Putin:

*Əsas hədəfimiz "Təyyarə böhranı”ndan öncəki vəziyyətimizə qayıtmaqdır. 

* Rusiya Türkiyə şirkətlərinə qarşı olan məhdudlaşdırmaları mərhələli şəkildə aradan qaldıracaq.

* Elmi əlaqələri inkişaf etdirərək 2016-2019-cu illəri əhatə edən hədəflərimizi həyata keçirmək istəyirik.

* Türkiyə ilə Rusiya əlaqələrindəki əsas meyar enegetikadır. Bu sahədəki layihələri həyata keçirmək üçün addımlar atmalıyıq. 

* Nüvə stansiyası və Türk axımını müzakirə etdik.

* Əlaqələrin əvvəlki səviyyəyə qayıtması üçün müəyyən qədər vaxt keçməlidir. 

* Çarter uçuşlar bərpa ediləcək, layihələr reallaşacaq.

Ərdoğan:

* Yararlı məsələlərdən ətraflı şəkildə danışdıq.

* Əlaqələrin əvvəlki kimi olmasını qərara aldıq.

* Akkuyuya strateji investisiya statusu verəcəyik.

* Müdafiə sənayesində əməkdaşlığımızı gücləndirəcəyik.

* Türkiyə-Rusiya-Azərbaycan zirvəsinə müsbət yanaşırıq.

* Türk axımı sürətli şəkildə həyata keçiriləcək.

* Putinin çevriliş cəhdindən sonra dərhal zəng etməsi həmrəylik baxımından çox əhəmiyyətli idi.

BAKU.WS

Son xəbərlər