Taksi sürücülərinə bəd xəbər (VİDEO)
27
avq
2017
09:07
Paytaxtda fəaliyyət göstərən taksilərin sayının kəskin şəkildə azaldılacağı gözlənilir.“Xəzər TV” xəbər verir ki, hazırda Bakıda taksi xidməti ilə məşğul olan 15 min fiziki və hüquqi şəxs var. Bakı Nəqliyyat Agentliyində isə hesab edirlər ki, bu rəqəm olduca çoxdur. Odur ki, paytaxtda nəqliyyat sisteminin təkmilləşdirilməsinə yönəlik tədbirlər hazırlanır. Planda yer alan əsas məsələlərdən biri taksilərin sayının azaldılmasıdır. Sürücülərin bir qismi bu təklifi dəstəkləyir. Onlar hesab edirlər ki, taksilərin çoxluğu və bu sahədə nəzarətin istənilən səviyyədə olmaması qeyri-peşəkar sürücülərin bu fəaliyyətlə məşğul olmasına şərait yaradır. Sürücülər deyir ki, taksilərin çoxluğu qiymətin ucuz olmasına səbəb olur. Bu isə sürücülərdən fərqli olaraq müştərilərə sərf edir. Bununla belə, təklifin əleyhinə çıxan sürücülər də az deyil. Onların sözlərinə görə, taksilərin çoxluğu insanların tələbatının ödənilməsi baxımından yaxşıdır. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətin rəhbəri Mais Ağayev deyir ki, taksilər üçün kvota qoyulacaq. Kvota hüquqi və fiziki şəxslər arasında bölüşdürüləcək. Bu zaman bir sıra amillər nəzərə alınacaq. Avtomobillərin istehsal tarixi və sazlığına xüsusi diqqət yetiriləcək. BAKU.WS
Oxşar xəbərlər
Bakıda dairədə avtomobillərin xaotik hərəkəti aradan qaldırılır (FOTO)
Paytaxtın Cavadxan və Hüseynbala Əliyev küçələrinin kəsişməsindəki dairədə nəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarının və taksilərin xaotik hərə...