İsveçdə deputat seçilən azərbaycanlının bacısı danışdı (VİDEO)

12
sen
2018
09:21
İsveç Krallığının Riqsdaqına və yerli şəhər şuralarına sentyabrın 9-da keçirilən seçkilərin ilkin nəticələri bəlli olub.Azərbaycan əsilli Aylin Fəzilian Sosial Demokrat partiyasının namizədi olaraq Riqsdaqa deputat seçilib. Onun bacısı, Mərkəz Partiyanın namizədi Aydan Kərimli isə yaşadığı Västra Hötaland əyalət şurasına üzv seçilib. Aydan Kərimli realtv.az-a müsahibə verib.Qeyd edək ki, hər iki soydaşımız Güney Azərbaycan Demokrat Partiyasının sədri, İsveçdə mühacir həyatı yaşayan güneyli siyasətçi Mahmud Bilginin qızlarıdırlar.İsveç Riqsdaqına 4 azərbaycanlı namizədliyini vermişdi və ilk dəfədir ki, azərbaycanlı qadın Avropa ölkəsində millət vəkili seçilir. Hazırda İsveçdə hələ ki, hakimiyyətdə kimin olacağı bəlli deyil.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı bacılar İsveçdə millət vəkili seçildilər
Dünən İsveçdə baş tutan parlament seçkilərində Aylin Fazelian Sosial-Demokrat Partiyasından İsveç parlamentinə, bacısı 34 yaşlı Ayda Kərimli isə Mərkəz Partiyas...
