Sürücü ilə paytaxt sakini arasında MÜBAHİSƏ - VİDEO
15
dek
2018
11:38
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının mərkəzi küçələrinin birində, 160 nömrəli klassik gimnaziyanın qarşısındakı yolda sürücünün avtomobilini yolun ortasında saxlaması digər avtomobillərin hərəkətinə maneə yaradıb. BAKU.WS-in məlumatına görə, görüntülərdən də açıq-aydın görünür ki, "50-DL-154" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil dörd zolaqlı yolun tən ortasında durub və bununla da dayanma-durma qaydasını pozub. Məsələyə aydınlıq gətirmək istəyən paytaxt sakini onun bu əməli ifşa etmək üçün bir xeyli gözləməli olub. Belə ki, sürücünü görən sakin ondan bu addımı hansı səbəbdən atdığını soruşub. Əvvəlcə, digər iki zolağın dolu olmasını bəhanə edən sürücü daha sonra ona kobud cavab verib. Paytaxt sakininin əsəbiləşdiyindən çəkinən sürücü ona "Uşaq gözləyirdi, vaxt yox idi, piyada gəzə bilmirəm" kimi bəhanələr gətirib. BAKU.WS 
Oxşar xəbərlər
Bakıda yeni dələduzluq növü - telefonu avtomobilə toxunduraraq... - VİDEO
Bakıda yeni növ dələduzluqla məşğul olan şəxslər peyda olub. Belə ki, yolun kənarında dayanan həmin şəxslər işlək vəziyyətdə olmayan mobil telefonu yolda hərəkə...