Bakıda qanunsuz evakuasiya prosesi (VİDEO)

Bakıda qanunsuz evakuasiya prosesi (VİDEO)
Video
Sosial 1763
 

Bakıda polislər qapısı açıq və işlək halda olan avtomobili evakuatorla aparmaq istəyərkən sürücü özünü yetirib.  

BAKU.WS-in məlumatına görə, sürücü Qorxmaz Mustafayev evakuatorda xidmət aparan polisin bu cür qanunsuz əməlindən Avtosfer.az-a şikayət edib. O bildirir ki, Bakının Xocalı prospektində avtomobilini 3.28 nişanının təsir sahəsində saxlayaraq mağazaya girib və çıxanda məlum olub ki,avtomobilini evakuasiya etmək istəyirlər. Qorxmaz həmin vaxt polisə qanunun tələbini izah edərək onların bu qanunsuz hərəkətindən DİN-in rəhbərliyinə şikayət edəcəyini bildirib.

İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsində qeyd olunub ki,dayanma durma qaydasını pozmuş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda duracağa aparılır. Həmin maddənin qeyd hissəndə isə maneə dedikdə nə nəzərdə tutulduğu aydın şəkildə yazılıb. 

Qeyd: Bu Məcəllənin 124.5-ci maddəsində "yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallar” dedikdə dayanma və ya durma qaydalarını pozmuş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmamasının tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olduğu hallar başa düşülür.

Videoya diqqətlə baxanda məlum olur ki, həqiqətən də Qorxmaz bəyin avtomobili orada tıxac yaratmır və heç bir piyadaya mane olmur.

BAKU.WS

Son xəbərlər