İstirahət mərkəzlərini çirkləndirənlər kimlərdir? - VİDEO

Turistlər bölgələrdəki istirahət mərkəzlərində ərazinin tullantılarla çirkləndirilməsindən narazıdırlar. Təbiət qoynuna dincəlmək üçün gedən turistlərin qarşılaşdığı mənzərə onların rahat istirahətinə mane olur.
Baku TV mövzu ilə bağlı Qax rayonunun İlisu kəndindən süjet hazırlayıb.
Kənd sakini Məlahət Həmzəyeva qeyd edib ki, turistlərin əksəriyyəti təmizlik qaydalarına əməl etmir: "İstirahətə gələnlərin çoxu ərazini çirkləndirir. Onlar dondurmanı yeyib, kağızını yerə atırlar".
"Hər yerdə zibil qutuları var. 10 addım irəli gedib, əllərindəkini ata bilərlər. Təbiəti niyə zibillə çirkləndirəsən ki?!" - deyə turist mövzuya münasibət bildirib.
Oxşar xəbərlər
Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - YENİLƏNİB
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Resp...
