Son mənzilin qiyməti - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Baku Tv qəbiristanlıqdan hazırladığı xüsusi reportajını yayımlayıb.
Budəfəki xüsusi reportajında qəbiristanlıqdakı ümumi mənzərə, özbaşınalıq, mollaların bir-biriləri ilə yola getməməsi ön plana çəkilib.
Baku Tv əməkdaşları mollalara yaxınlaşıb sual vermək istəsə də, hər biri kameradan qaçaraq suallara cavab verməkdən yayınıb. Əməkdaşların rastlaşdığı xanım isə oradakı özbaşınalıqlardan söz açıb.
Onun dediyinə görə, qəbiristanlıqda qəbirlərə sahiblik edən mollalar var və həmin molla adlanan şəxsdən başqa kimsə qəbirə yaxınlaşa, orada təmizlik işləri apara, eyni zamanda yasin oxuya bilməz. Elə bu səbəbdəndir ki, mollalar arasında tez-tez qarşıdurma baş verir. Xanım onu da qeyd etdi ki, qəbiristanlıqda oğurluqların ardı-arası kəsilmir və daha çox ora gətirilən güllər oğurlanaraq satılır.
Suallardan qaçan məsul şəxslər isə yalnız “bizə əmr belə verilib, kimsəyə məlumat verə bilmərik” deməsi ilə söhbətə nöqtə qoyub.
Xüsusi reportajı təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...