Sevgilisinə qoşulub qaçan qadının əri danışdı: "Həmin gün onu lazerə aparmışam" - VİDEO
29
okt
2019
10:33
Bakıda ərli qadının 1 həftəlik sevgilisinə qoşulub qaçması son günlərin ən çox müzakirə olunan mövzularından biridir.BAKU.WS xəbər verir ki, ərini və iki azyaşlı uşağını atan 22 yaşlı Aytən bu addımına 16 yaşında sevmədən ərə verilməsilə haqq qazandırır.Aytənin həyat yoldaşı "Səni axtarıram" proqramında onun sözlərilə razı olmadığını deyib: "Aytən deyir ki, məni sevməyib. Əgər məni istəmirdisə, boşanardı. Razı olardım, boşanardım. Uşaqlarımı götürüb saxlayayardım. İndi necə, onda da saxlayardım.Bir də deyir ki, mən ona sevgi göstərməmişəm. Ona əl qaldırmamışam, artıq-əskik söz deməmişəm. Nə istəyib, etmişəm. Əynindəki paltarı 47 manata almışam. Həmin gün onu lazerə aparmışam. 120 manat pul xərcləmişəm. Bundan artıq nə sevgi olar? Evdə iş görməyib, ancaq uşaqlara baxıb. Axır vaxtlar uşaqlara da baxmırdı". Aytən yaşıdı olan sevgilisi ilə "İnstagram"da tanış olub və ona qoşulub qaçıb. Altı illik həyat yoldaşını atan qadın qaçarkən azyaşlı uşaqlarını da özü ilə götürməyib. Uşaqlarının biri 4, digəri 3 yaşındadır. Yeni sevgililər Bakıda kirayə tutduqları evdə yaşayırlar. Aytənin qoşulub qaçdığı 22 yaşlı Murad (ad şərtidir) başqasının arvadını götürüb qaçmasına özünə belə haqq qazandırıb: "Elə bir söhbət oldu ki, dözə bilmədim. Çox qəmli həyat yaşayırdı. Əri ilə xoşbəxt deyildi, onu çox sıxırdı. Xoşbəxt etmək istədim". Aytən 6 illik həyat yoldaşını sevmədiyini, onunla xoşbəxt olmadığını, sevdiyi biri ilə yaşamaq arzusunda olduğunu söyləyib. Qadın uşaqlarından imtina edib və əri ilə boşanmaq istədiyini deyib. Onların bu hərəkəti ekspertlər və tamaşaçılar tərəfindən hiddətlə qarşılanıb.Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
İki uşağını atıb sevgilisinə qoşulub qaçan Aytənin babası: "Uşaqlar evdə mələyir" - VİDEO
Bakıda 22 yaşlı qadın ərini və iki uşağını atıb 1 həftədir tanış olduğu oğlana qoşulub qaçıb. Altı illik həyat yoldaşını atan qadn qaçarkən azyaşlı uşaqlarını d...