İki uşağını atıb sevgilisinə qoşulub qaçan Aytənin babası: "Uşaqlar evdə mələyir" - VİDEO
26
okt
2019
13:29
Bakıda 22 yaşlı qadın ərini və iki uşağını atıb 1 həftədir tanış olduğu oğlana qoşulub qaçıb. Altı illik həyat yoldaşını atan qadn qaçarkən azyaşlı uşaqlarını da özü ilə götürməyib. Uşaqlarının biri 4, digəri 3 yaşındadır. BAKU.WS xəbər verir ki, Aytənin babası "Səni axtarıram" proqramına gələrək ailənin nəvəsinin bu addımını pisləyib. Aytənin həyat yoldaşının, qayınana və qayınatasının çox yaxşı insanlar olduğunu, nəvəsini yaxşı saxladığını bildirib.Baba onu da deyib ki, Aytənin bu hərəkətinə görə atası iflic keçirib, anasının da halı pisdir:"Üç gündür bizim evdə ağlaşmadı. Aytən, oğlun İsa, qızın Nur Aytən deyə mələyirlər. Sən bir müsibət yaratmısan. Sən o uşaqlardan tapmayacaqsan".Aytən babasının bu söylədikləri sadəcə belə cavab verib: "Siz məni başa düşməzsiz". Aytən yaşıdı olan sevgilisi ilə "İnstagram"da tanış olub. Həyat yoldaşını sevmədiyini deyərək oğlanla görüşüb. Yeni sevgililər Bakıda kirayə tutduqları evdə yaşayırlar. Aytənin qoşulub qaçdığı 22 yaşlı Murad (ad şərtidir) başqasının arvadını götürüb qaçmasına özünə belə haqq qazandırıb: "Elə bir söhbət oldu ki, dözə bilmədim. Çox qəmli həyat yaşayırdı. Əri ilə xoşbəxt deyildi, onu çox sıxırdı. Xoşbəxt etmək istədim". Aytən 6 illik həyat yoldaşını sevmədiyini, onunla xoşbəxt olmadığını, sevdiyi biri ilə yaşamaq arzusunda olduğunu söyləyib. Qadın uşaqlarından imtina edib və əri ilə boşanmaq istədiyini deyib. Onların bu hərəkəti ekspertlər və tamaşaçılar tərəfindən hiddətlə qarşılanıb.Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
Başqasının arvadını qaçıran oğlanın ETİRAFI: "Dözə bilmədim" - VİDEO
Bakıda 22 yaşlı qadın ərini və iki uşağını atıb 1 həftədir tanış olduğu oğlana qoşulub qaçıb. Altı illik həyat yoldaşını atan qadn qaçarkən azyaşlı uşaqlarını d...