Rusiyadan Azərbaycana quş ətinin idxalı qadağan edilib - VİRUS TƏHLÜKƏSİ - VİDEO
28
iyn
2018
09:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın bəzi bölgələrində yayılan "quş qripi" virusu Azərbaycanda Dövlət Baytarlıq Nəzarəti Xidmətini hərəkətə keçirib.Xidmətdən bildirilib ki, aşkarlanan virus təhlükəsinə görə, Rusiyanın bəzi vilayətlərindən həm quş ətinin, həm də yumurtanın idxalı dayandırılıb.Xidmət sözçüsü Yolcu Xanvəli Rusiya vilayətlərində yayılan "quş qripi" virusu təhlükəsinə qarşı Azərbaycanda bütün lazımi tədbirlərin həyata keçirildiyini deyib. Onun sözlərinə görə, ölkəmizdə quş qripinə görə epizootik vəziyyət sabitdir.Qeyd edək ki, bir müddət əvvəl də Moskva və Moskvaətrafı vilayətlərdə "quş qripi" virusu aşkarlanmışdı. O zaman da Baytarlıq Xidməti həmin bölgələrdən quş və quş əti məhsullarının idxalına qadağa qoymuşdu.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda “donuz qripi”ndən təhlükəli virus yayıldı - Baş infeksionistdən şok açıqlama (VİDEO)
“Bu il Azərbaycanda yayılan qrip virusu ötən ilkinə nisbətən ağır keçir. Bu il yayılan virusun virulenti donuz qripindən daha güclüdür”. BAKU.WS-in məlumatına g...