Ərdoğan ABŞ-ın gizli planlarını açıqladı - dollar həmləsinə CAVAB (VİDEO)

Ərdoğan ABŞ-ın gizli planlarını açıqladı - dollar həmləsinə CAVAB (VİDEO)
Video
Video 5994
Türkiyə prezidenti Recep Tayyib Ərdoğan Trabzonda çıxışı zamanı ABŞ-ın iqtisadi addımlarını dəyərləndirib. BAKU.WS-in məlumatına görə, Ərdoğan ABŞ-ı terror təşkilatı ilə əməkdaşlıqda ittiham edib. Dövlət başçısı bildirib ki, strateji tərəfdaşı olan 81 milyonluq ölkəni terror təşkilatına qurban verənlərə gülə-gülə deyərik: "Biz sizin strateji tərəfdaşınızıq. Əfqanıstanda, Somalidə birlikdə olduq. Kabildəki hava limanını da biz qoruyuruq. PYD YPG kimi terror təşkilatlarını sahiblənərək strateji tərəfdaşını necə bir kənar qoyursunuz? Şimali Suriyaya 5 min TIR silahı daşıyırsınız. Bu da bəs etmir, qalxıb terror təşkilatları ilə əlaqəsi olan bir keşiş üçün 81 milyonluq Türkiyəni fəda etməyə cəhd edirsiz. Bağışlayın, amma biz qanun dövləti olaraq bunu edirik. Təlimatla Türkiyəyə boyun əydirə bilməzsiniz. Hər şeyi qanunla etməyə çalışırıq. Ancaq onların qanun dilini anlamadıqlarını görürük. Biz o dilləri də danışmağı bilirik. Biz hüquq dilində danışmağa davam edəcəyik".AbbasBAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər