Ramil Usubov ANS-in bağlanmasından danışdı (VİDEO)
Türkiyə daxili işlər naziri Efkan Ala azərbaycanlı həmkarı Ramil Usubovla birgə mətbuat konfransı keçirib.
BAKU.WS-in məlumatına görə, türk nazir Azərbaycan-Türkiyə əlaqələrində terrorla mübarizə mövzusunun prioritet olduğunu vurğulayıb. Azərbaycan daxili işlər naziri Ramil Usubov bu problemlərin aradan qaldırılması üçün üzərlərinə düşən nə varsa yerinə yetirəcəklərini söyləyib.
Nazir Usubov 15 iyul çevriliş cəhdindən sonrakı vəziyyətin və bundan sonra atılacaq addımların müzakirəsi üçün Türkiyədə olduğunu söyləyib. FETO-nun Azərbaycanda qurulmasına qarşı bundan sonra da lazım olan addımların atılacağını bildirən nazir sözlərinə belə davam edib:
"Bu eyni zamanda Azərbaycana qarşı yönəlmiş bir cinayətdir. Bundan sonra bu problemlərin aradan qaldırılması üçün bizim üzərimizə düşən nə varsa yüksək səviyyədə yerinə yetirəcəyik. Bu çevriliş cəhdində şəhidlik zirvəsinə ucalmış bütün Türkiyə vətəndaşlarına Allahdan rəhmət, yaralılara təcili şəfalar diləyirəm", - deyə R.Usubov əlavə edib.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Ramil Usubov yeni rəis təyin etdi
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daşkəsən rayonuna yeni polis rəisi təyin edib. "Qafqazinfo”nun məlumatına görə, bu posta Daxili İşlər Nazir...