Qurban Yetirmişlidən Azərbaycandakı vulkanla bağlı AÇIQLAMA - VİDEO

İyulun 4-də axşam saatlarında Xəzər dənizində baş verən partlayışla bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli açıqlama verib.
BAKU.WS xəbər verir ki, o, mətbuat konfransında dünənki palçıq vulkanı Daşlı ada deyilən yerə yaxın ərazidə püskürdüyünü bildirib.
Dünən vulkan 8 dəqiqə püskürüb. Dərinliyi 1,48 km olub. Bu vulkan çoxdandır ki, püskürmürdü. Sonuncu dəfə həmin vulkan 1945-ci ildə püskürüb”.
Qurban Yetirmişli həmçinin əlavə edib ki, vulkan püskürməsi nəticəsində ölənlərin, yaralananların olması barədə məlumatlar tamamilə əsassızdır.
Onun sözlərinə görə, vulkan püskürməsi nəticəsində insan tələfatı qeydə alınmayıb.

Oxşar xəbərlər
Azərbaycanda zəlzələ ocaqları ilə bağlı AÇIQLAMA
Dekabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsi və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə iclası keçirilib. AMEA-...