Qaradağda təhlükəli kranın fəaliyyəti dayandırıldı - FOTO/VİDEO

Qaradağda təhlükəli kranın fəaliyyəti dayandırıldı - FOTO/VİDEO
Foto Video
Video 89

Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi təhlükəli kranın fəaliyyətini dayandırıb.

Bu barədə BAKU.WS-ə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Agentliyin müfəttişləri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 16-cı km ünvanında yerləşən “Kaspian Speşialist Servises” QSC-yə məxsus körpülü kranda plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı göstərilən ünvanda aparılan işlərlə əlaqədar körpülü kranın istismarı zamanı texniki nəzarətin təşkili üzrə cavabdeh şəxslərin təyin edilmədiyi, kranın tam texniki və ekspertiza müayinəsindən keçirilmədiyi müəyyənləşdirilib.

Göstərilən halın insan həyatı və sağlamlığı üçün təhlükəsi nəzərə alınaraq, Agentliyin mütəxəssisləri tərəfindən qayda pozuntuları aradan qaldırılanadək körpülü kranın istismarı dayandırılıb və bununla bağlı akt tərtib olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər