Qadın pensiyaçılara MÜJDƏ... Əlavələr gəlir... VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Qadınların pensiyasina xüsusi əmsallarin tətbiqi təklif olunub.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, qadınlarla kişilər arasında pensiya məbləğində fərqin aradan qaldırılması üçün xüsusi əmsallardan istifadə olunur. Mahiyyət ondan ibarətdir ki, qadınlar pensiya yaşına çatan zaman pensiya kapitalı məxsusi əmsala vurulur və bununla da qadınlarda pensiya kapitalında artımlar müşahidə olunur.
Deputat Vüqar Bayramov təklif edir ki, oxşar praktikadan Azərbaycanda da istifadə olunsun.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanda da qadınlarda pensiya yaşı tamam olan zaman onun xüsusi əmsalla hesablanması pensiya kapitalının artmasına və nəticə etibarı ilə qadınların daha çox pensiya almasına imkan yaradacaq.
Vüqar Bayramov əlavə edib ki, bu, eyni zamanda imkan verəcək ki, qadınlarla kişilər arasında pensiya məbləği arasındakı fərq aradan qaldırılsın.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...