Polis sərxoş sürücülərə qarşı reyd keçirib - VİDEO

Polis sərxoş sürücülərə qarşı reyd keçirib - VİDEO
Video
Video 261

Tovuzda Yol Patrul Xidməti sürücülərə qarşı reyd keçirib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, Tovuzda Yol Patrul Xidməti əməkdaşları qanun pozan xüsusilə sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülərə qarşı mövsümi reydlərə start veriblər.

Qanunları pozaraq sərxoş vəziyyətdə avtomobil idarə edənlər saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Tovuz rayonunun Polis Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşları istirahət məkanlarına gedən yollarda keçirdikləri reyd zamanı qanunun tələblərini pozan onlarla sürücü barədə inzibati protokol tərtib edib və avtomobilini müvafiq sənədləri olmadan, həmçinin sərxoş halda idarə edən sürücülərin nəqliyyat vasitələri müvəqqəti duracağa yerləşdirilib.

Qeyd edək ki, xoşagəlməz halların baş verməsinin və qanun pozuntularının qarşısının alınması məqsədi ilə bu cür yoxlamalar yay mövsümün sonuna kimi davam etdiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər