Otellərdə nikah kağızına ehtiyac varmı? – AÇIQLAMA – VİDEO
04
sen
2018
13:25
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkədəki bəzi hotel və istirahət mərkəzlərinə üz tutan müştərilər çıxılmaz vəziyyətdə qalırlar. Çünki əksər vaxt müştərilərdən evliliyi sübut edən sənəd tələb olunur. Bu da insanlar tərəfindən birmənalı qarşılanmadığı kimi haqlı narazılığa səbəb olur.ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.Üz tutduğumuz bəzi otellər səbəb kimi mehmanxanalarının əxlaqsızlıq məqsədilə istifadə olunacağından və imiclərinin zədələnəcəyindən ehtiyyat etdiklərini bildirdilər.Fəxri Məmmədli - Otelin müdir müavini: “Nigah kağızı istəyirik, olmasa buraxılmır. Otelimizə ailələr çox gəlir, ona görə öz başınalıqların qarşısını almaq istəyirik. Gələn alilələr rahat istirahət etsin”.Cütlüklərin oteldə qalmaq barədə razılığı varsa, yerli vətəndaşlardan şəxsiyyət vəsiqəsi, xarİci vətəndaşlardan isə xarici pasportun tələb edilməsi kifayətdir. Əgər otel işçiləri şəxslərdən nikah kağızı istəyirsə, bu zaman insanların şəxsi toxunulmazlığı, konstision hüququ pozulmuş olur.Azər Yusifli - Otel meneceri: “O əvvəllər idi ki, nigah kağızı istəyirdilər. İndi mən bilən elə bir şey yoxdur”.Tezliklə yaradılacaq otellər assosisiyası ilə məsələnin öz həllini tapacağı gözlənilir.Bu cür faktla üzləşənlər haqlarının pozulduğu iddiası ilə məhkəməyə müraciət edə bilər.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda soyadları fərqli olan ər-arvadı otelə buraxmadılar
Şamaxıya səfər edən iki ailəni oradakı “Sakit Göl” otelinə buraxmayıblar. Onlar qeydiyyat şöbəsində problemlə üzləşiblər. Səbəb kimi isə şəxsiyyət vəsiqələrində...