Oskar mükafatlarına yeni nominasiyalar əlavə olunub

Oskar mükafatlarına yeni nominasiyalar əlavə olunub
Video 38

Amerika Kino Akademiyası 2028-ci ildə keçiriləcək 100-cü Oskar mərasimində yeni bir nominasiyanın – "Dublör dizaynı" üzrə mükafatın təqdim ediləcəyini açıqlayıb. Yeni mükafat 2027-ci ildə ekranlara çıxacaq filmləri əhatə edəcək.

BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, akademiyanın baş direktoru Bill Kramer və rəhbəri Janet Yang birgə bəyanatlarında, "Kino tarixinin ilk günlərindən etibarən dublör dizaynı film istehsalının ayrılmaz hissəsi olub. Bu texniki və yaradıcı sənət adamlarının yenilikçi işlərini təqdir etməkdən qürur duyuruq", – deyə bildiriblər.

Hazırda Akademiyanın istehsalat və texnologiya bölməsində 100-dən çox dublör mütəxəssisi fəaliyyət göstərir.

Yeni mükafat ideyasının əsas təşəbbüskarlarından biri rejissor David Leitch olub. O, karyerasına aktyor Brad Pitt kimi ulduzlar üçün dublörlük etməklə başlayıb və "John Wick" kimi aksiyon dolu filmlərə imza atıb. Leitch və dublör koordinatoru Chris O'Hara bu nominasiyanın əlavə olunması üçün Akademiyaya rəsmi müraciətlər etmişdi.

Qeyd edək ki, Akademiya bu il daha bir yenilik edərək 2025-ci ildə nümayiş olunacaq filmlər üçün "Kasting üzrə uğur" nominasiyasını da mükafatlar siyahısına əlavə edib.

Son xəbərlər