Oğuzun kənd sakinləri ölünü dəfn edə bilmirlər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Oğuzun dağlar qoynunda yerləşən, 900 nəfərə yaxın əhalisi olan Xalxal kəndini Qara çay iki hissəyə ayırır.
Hər gün çətinliklərlə üzləşən əhalinin ən böyük dərdi isə dəfn mərasimləri ilə bağlıdır.
Belə ki, rəhmətə gedən şəxsi son mənzilə yola salmaq müşkül məsələyə çevrilib.
Sakinlərin sözlərinə görə, sel suları səbəbindən çayın üzərindəki körpü uçub ki, bu da cənazəni həmin yerdən keçirməyi çətinləşdirir.
Xalxal kənd tam orta məktəbi, uşaq bağçası və tibb məntəqəsinə gedən yeganə əlaqə vasitəsi də bir nəfərin keçə biləcəyi ensiz və qəzalı körpülərdir.
Təhsil ocaqlarında hər hansı yanğın hadisəsi baş verərsə, hansısa tibbi yardıma ehtiyac olarsa, yanğınsöndürən texnikanın və yaxud təcili tibbi yardım avtomobilinin əraziyə daxil olması mümkünsüzdür.
Daha ətraflı BAKU.TV-nin süjetində:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...