Mikayıl Cabbarov tətbiq olunan vergi güzəştləri haqqında danışdı – VİDEO
17
dek
2018
14:17
Vergilər naziri Mikayıl Cabbarov İTV-nin "Biznes Azərbaycan" proqramının qonağı olub.BAKU.WS xəbər verir ki, nazir vergi sistemində aparılan islahatlar, vergi mədəniyyətinin formalaşdırılması istiqamətində görülən işlər, vergi qanunvericiliyinə edilən dəyişikliklər, kiçik və orta biznesə tətbiq olunan vergi güzəştləri haqqında danışıb. “Dövlət tərəfindən tətbiq edilən bu güzəştlərdən kiçik və mikrosaibkarların faydalanması dövlətin əsas hədəfidir. Bir çox hallarda müəssisənin özünün infrastrukturu olmadıqda öz hüquqlarından tam yararlana bilmir.Nəticə etibarilə istehsal etdiyi məhsul, yoxsa, göstərdiyi xidmətin maya dəyəri artır. Beləliklə də, nə dövlət hədəfinə nail olur, nə də sahibkar”, - deyə nazir bildirib. Həmçinin verlişdə KOBİA idarə heyətinin sədri Orxan Məmmədov,ANİİA sədri Fərhad Qaraşov və digər biznes sfera rəhbərləri öz rəylərini və vergi güzəştləri haqqında fikirlərini söyləyiblər. BAKU.WS
Oxşar xəbərlər
Nazir Vergi Məcəlləsinə dəyişikliklərdən DANIŞDI - Beş vacib istiqaməti əhatə edəcək
2019-cu il büdcə paketinə daxil edilmiş Vergi Məcəlləsinə dəyişikliklər beş vacib istiqaməti əhatə edəcək.BAKU.WS Trend-ə istinadən bildirir ki, bunu Milli Məcl...