Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacağıq" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Şükür bugünə artıq Ağdam tikilir, qurulur, yollar çəkilir. Bu gün Ağdamda böyük bir Muğam Mərkəzi tikilir. Çox sevindirici haldır. Ağdam hər zaman Qarabağın bir mədəniyyət mərkəzi rolunu oynayıb. Əlbəttə arzularımız böyükdür. Mən düşünürəm ki, inşallah Ağdamımızda Milli Konservatoriyamızın filialı açılacaq."
BAKU.WS xəbər verir ki, bu fikirləri xanəndə, Azərbaycan Respublikasının xalq artisti Mənsum İbrahimov deyib.
Tezliklə Ağdama da Böyük Qayıdışın başlanacağını qeyd edən Mənsum İbrahimov orada yenidən həyatın qaynayacağına, insanların rifahının yüksələcəyinə və onların Qarabağda əbədi yaşayacaqlarına inamını ifadə edib.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə, işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.
Xalq artisti Mənsum İbrahimovun iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...