Məmur müşavirədə çaşdı, prezidentdən üzr istədi - VİDEO
Xəbər verdiyimiz kimi, dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib.
BAKU.WS xəbər verir ki, müşavirədə “MKT İstehsalat Kommersiya” MMC-nin baş direktoru Rövşən Həsənov səhvə yol verib. Bu məqam dövlət başçısının diqqətindən qaçmayıb:
Prezident İlham Əliyev: Siz deyirsiniz ki, məhsuldarlığa görə MKT dünyada ilk onluqdadır. Ən çox məhsuldarlığı olan ölkələr hansılardır? Sizdə bu məlumat var?
Rövşən Həsənov: Bəli var, cənab Prezident. İlk onluqda olan ölkələr Çin, İsrail, Avstriya, Braziliya, Meksikadır.
Prezident İlham Əliyev: Avstriyada da pambıq yetişdirilir?
Rövşən Həsənov: Çox üzr istəyirəm, Avstraliya, Braziliya, Meksika, Yunanıstan.
Prezident İlham Əliyev: Orada nə qədərdir məhsuldarlıq?
Rövşən Həsənov: Onlarda hər hektara mahlıc çəkisi ildən-ilə dəyişməklə 1300-1700 kiloqram arasında olur. Bu, ilk yeddinci yerə aiddir. Cənab Prezident, 1100 kiloqram və daha artıq ilk onluğa düşür.
Oxşar xəbərlər
Prezident Ucarın icra başçısını danladı - VİDEO
"Bu il məhsuldarlıq çox yüksək olubdur - rekord həddə. Ancaq bunu bütün rayonlara aid etmək mümkün deyil. Ona görə indi gətirəcəyim rəqəmlər hər bir rayon rəhbə...