Məhəmməd Əhədi: “İranın Azərbaycanla sərhədə qoşun toplaması barədə məlumat əsassızdır” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“İranın Azərbaycanla sərhədə qoşun toplaması barədə məlumat tamamilə əsassızdır”.
Bunu APA-ya açıqlamasında İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Beynəlxalq Əlaqələr və Müdafiə Diplomatiyası İdarəsinin rəisi general-mayor Məhəmməd Əhədi bildirib.
Məhəmməd Əhədi deyib ki, hazırda İran hərbi nümayəndə heyəti birgə Komissiyanın iclasında iştirak etmək üçün Bakıda səfərdədir:
“Nümayəndə heyəti iclasdan əvvəl Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüş də keçirib və görüşdə hərbi sahədə əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəlinib”.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...