Liftdə köməksiz qalan sakin belə xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən səkkizmərtəbəli yaşayış binasının liftində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən səkkizmərtəbəli çoxmənzilli yaşayış binasının lifti səkkizinci mərtəbəyə keçiddə dayanıb və vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə lifti yeddinci mərtəbəyə endirib qapını açaraq köməksiz vəziyyətdə qalan sakini xilas ediblər.

Oxşar xəbərlər
Fövqəladə Hallar Nazirliyinin işçiləri peşə bayramını qeyd edirlər - FOTO
Dekabrın 16-sı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günüdür. BAKU.WS xəbər verir ki, bu gün FHN-in yaradılmasının 1...