İlham Əliyev Ərdoğanı Prezident iqamətgahında qarşılayıb - VİDEO

İlham Əliyev Ərdoğanı Prezident iqamətgahında qarşılayıb - VİDEO
Video
Video 318

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Prezident iqamətgahında qarşılayıb.

Qeyd edək ki, bu gün həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan I Fəxri Xiyabanı ziyarət ediblər.

Dövlət başçıları Türk şəhidliyini və Şəhidlər Xiyabanını da ziyarət ediblər.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə əklillər qoyublar.

Sonra Azərbaycan və Türkiyə prezidentləri Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklillər qoyublar.

Dövlət başçıları Xatirə kitabına ürək sözlərini yazıblar.

Sonra isə prezidentlər Bakıda keçirilən Zəfər paradını izləyiblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Zəfər paradında çıxış ediblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda Zəfər paradı keçirilib - YENİLƏNİB - VİDEO

Bakıda Zəfər paradı keçirilib - YENİLƏNİB - VİDEO

Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradı başa çatıb. ***14:09 Bakıda Zəfər paradı başlayıb. ***13:53 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda...

1179 Video 14:09 10 dekabr 2020

Son xəbərlər