Bakıda Zəfər paradı keçirilib - YENİLƏNİB - VİDEO

Bakıda Zəfər paradı keçirilib - YENİLƏNİB - VİDEO
Foto Video
Video 1179

Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradı başa çatıb.

***14:09

Bakıda Zəfər paradı başlayıb.

***13:53

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Zəfər paradında çıxış edir.

***12:13

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan I Fəxri Xiyabanı ziyarət ediblər.

Bununla bağlı “Haber Global” məlumat yayıb.

Prezidentlər Ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyublar.

Dövlət başçıları Türk şəhidliyini və Şəhidlər Xiyabanını da ziyarət ediblər.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə əklillər qoyublar.

Sonra Azərbaycan və Türkiyə prezidentləri Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklillər qoyublar.

Dövlət başçıları Xatirə kitabına ürək sözlərini yazıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər